Qremmi mükafatının təqdimat tarixi bəlli oldu

Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
22 oktyabr 2020
# 11:56

Dünyanın ən nüfuzlu musiqi mükafatlarından olan 63- cü Qremmi mükafatının təqdimat mərasiminin keçiriləcəyi tarix bəlli olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Qremmi mükafatının təqdimat mərasimi 2021-ci il yanvarın 31-də baş tutacaq. 84 nominasiyadan ibarət olan mükafatın təqdimat mərasimi CBS tərəfindən canlı yayımlanacaq.

Qeyd edək ki, bu il amerikalı Billi Ayliş dörd ən prestijli nominasiya da daxil olmaqla beş Qremmi mükafatı alıb.

Xatırladaq ki, ilk Qremmi mükafatının təqdimat mərasimi mərasimi 1959-cu ildə keçirilib.

# 1381 dəfə oxunub

Müəllifin son yazıları

# # #