Tarantinonun yeni filmi Azərbaycana gəlir

Tarantinonun yeni filmi Azərbaycana gəlir
24 iyul 2019
# 11:38

Dünyaca məşhur rejissor Kventin Tarantinonun kinomanlar tərəfindən maraqla gözlənilən "Bir dəfə Hollivudda" yeni filmi gələn ay Azərbaycan kino teatrlarında göstəriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, film paytaxt kinoteatrlarında 8 avqustun tarixindən göstərilməyə başlayacaq.

Xatırladaq ki, filmin qalası dünən Los-Anceles şəhərində keçirilib, gecəyə baş rolda oynayan aktyor və aktrisalardan başqa məşhur simalar da qatılıblar.

Belə ki, əsas rolları bölüşən Leonardo Di Kaprio, Bred Pitt və Marqot Robidən başqa tədbirdə Adriana Lima, Nik Keyv, Britni Spirs, Pirs Brosnan, Kris Hemsvörs, Snup Doq və başqa tanınmışlar da iştirak edib.

Dünyaca məşhur rejisor Kventin Tarantinonun “Once upon a time Hollywood” filmi Şeron Tot (Marqot Robi), onun qapı qonşusu olan aktyor Rik Dalton (Leonardo di Kaprio) və Rikin dublyoru Klif Busun (Bred Pitt)əhvalatını danışır. Film ABŞ-da bu həftə vizyona daxil olacaq.

# 1986 dəfə oxunub

Müəllifin son yazıları

# # #