Səbuhi Mürsəlli: “Eşqə qarşı mən”-Ən qısa hekayə

Səbuhi Mürsəlli: “Eşqə qarşı mən”-Ən qısa hekayə
19 dekabr 2013
# 19:00

Kulis.az Səbuhi Mürsəllinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Eşqə qarşı mən” (346 işarə) hekayəsini təqdim edir.

Bilirəm bu dəlilikdir. Hə, bəlkə də eşqin dərin mənasını anladığım üçün belə deyirdim?!

Hərdən özümü bu qədər savadlı olduğum üçün qınadığım da olub. Gülüncdür elə deyilmi?

Bəli, savadlıyam. Bir eşqbaz olmaq istərkən, eşqin tilovuna düşüb də onun dərinliklərini öyrəndiyim və öyrənərək əzab çəkdiyim üçün savadlıyam. Həyatı yaşamağı bilənlərə bir şeyi təlqin etməyə çalışıram “Eşqə qarşı “MƏN”” deməyi.

# 1317 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #