"Mifin qısa tarixi" kitabı doğma dilimizdə

"Mifin qısa tarixi" kitabı doğma dilimizdə
20 dekabr 2017
# 13:32

Tanınmış dinlər tarixçisi Karen Armstronq "Mifin qısa tarixi" kitabı Azərbaycan dilində nəşr olunub.

Kulis.azın verdiyi xəbərə görə, miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişiklikləri tədqiq edən bu yığcam əsəri dilimizə tanınmış tədqiqatçı-alim Yalçın İslamzadə çevirib.

“TEAS Press” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Famil Cəfərlidir.

Miflərə hazırkı yadlaşmamızın tarixdə analoqunun olmadığını düşünən K.Armstronq "mythos" ilə "logos"un düşmən qütblərə ayrılması nəticəsində XX əsrin dağıdıcı miflərinə meydan verildiyini yazır. Mifin bir sənət növü olduğunu vurğulayan müəllif dünyanı şər miflərdən qorumaq üçün sənət adamlarının gətirəcəyi təzə nəfəsə ehtiyacın olduğunu qeyd edir.

Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi olmaqla bərabər, "logos" və "mythos" tərəfdarlarının antaqonist münasibətləri bir kənara atıb qarşılıqlı anlayış zəminində dialoq qurması istiqamətində təşəbbüs də sayıla bilər.

# 1151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #