Aqşin Yeniseydən yeni roman gəlir

Aqşin Yeniseydən yeni roman gəlir
24 iyul 2018
# 15:29

Yazıçı, şair Aqşin Yenisey yeni “Tarix və tale” romanının nəşrinə hazırlaşır.

TEAS PRESS-dən APA-ya verilən məlumata görə, “TEAS PRESS” Nəşriyyat evi ilə yazıçı arasında artıq müqavilə imzalanıb.

Aqşin Yeniseyin “Tarix və tale” romanı əsasən Azərbaycanın müstəqillik illərini əhatə edir.

Aqşin Yenisey yeni əsəri haqda danışarkən bildirib ki, indiyədək Azərbaycanda üçü şeir, ikisi nəsr əsəri olmaqla, beş kitabının nəşr olunmasına baxmayaraq, ilk dəfədir dünya nəşriyyat bazarında olduğu kimi kitabı naşirlə yazılı şəkildə imzaladığı müqavilə əsasında çıxacaq: “Bu, Azərbaycanda bütün ədəbi mühitin çoxdan arzuladığı və gözlədiyi bir hadisədir. Bu dünya standartının Azərbaycana gətirilməsi çox sevindiricidir”.

Roman hazırlıqlı oxucular üçün nəzərdə tutulub. Ənənəvi romançılıqdan uzaq olan dildə və üslubda yazılıb. Kitabın nəşri sentyabr ayına planlaşdırılır.

# 964 dəfə oxunub

Müəllifin son yazıları

# # #