Kamal Abdulladan Kamal Abdullayevə təbrik

Kamal Abdulladan Kamal Abdullayevə təbrik
4 oktyabr 2017
# 10:54

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmləri doktoru Kamal Mixman oğlu Abdullayevi ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi münasibətilə təbrik edib.

Təbrikdə bildirilir: “Neft-kimya və təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətiniz, dövlətçiliyin qorunması uğrunda atdığınız addımlar yüksək münasibətə layiq görülüb. Bu münasibətlə sizi təbrik edir, cansağlığı və fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm. Dərin hörmətlə adaşınız Kamal Abdullayev”.

Sim-sim.az

# 1075 dəfə oxunub

Müəllifin son yazıları

# # #