Haruki Murakaminin yeni romanı işıq üzü görəcək

Haruki Murakami

Haruki Murakami

1 fevral 2023
# 14:30

Yapon yazıçısı Haruki Murakaminin yeni romanı apreldə satışa çıxarılacaq.

Kulis.az xəbər verir ki, bu barədə “Şinçoşa” nəşriyyatı məlumat yayıb .

Məlumata görə, həcmi 1200 səhifə, qiyməti isə 22 dollar olacaq romanın adı gizli saxlanılır. Kitabın elektron versiyası da buraxılacaq.

Bu, Murakaminin son altı ildə nəşr olunan ilk romanıdır. Sonuncusu isə 2017-ci ilin fevralında nəşr olunan “Komandirin ölümü” olub.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

# # #