“Afaq Məsud dünyası” kitabı nəşr edildi

“Afaq Məsud dünyası” kitabı nəşr edildi
21 sentyabr 2016
# 12:41

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun görkəmli yazıçı-dramaturq Afaq Məsudun ədəbi irsini araşdıran “Afaq Məsud dünyası” kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə kitab “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Yazıçının nəsr və dramaturgiyasının təhlilini, əsərlərindən, müsahibə və məqalələrindən seçilən sitatlar üzrə araşdıran kitab üç hissədən ibarətdir: “Afaq Məsudun hekayə dünyası”, “Afaq Məsudun roman dünyası” və “Afaq Məsudun dramaturgiya dünyası”.

Yazıçının müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər əsərdə ustalıqla araşdırılır.

# 884 dəfə oxunub

Müəllifin son yazıları

# # #