Səbuhi Şahmarsoy “Divar” - Ən qısa hekayə

Səbuhi Şahmarsoy “Divar” - Ən qısa hekayə
22 dekabr 2013
# 00:00

Kulis.az Səbuhi Şahmarsoyun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Divar” (414 işarə) hekayəsini təqdim edir.


Yaşlı kişi səbrlə fasadda olan ucuz sayt reklamını qəpiklə pozaraq yerinə tüpürüb getdi. Bir azdan qayıdıb həmin yerə bu kagızı yapışdırdı: "Kirayə ev var"
Gənc oğlan həmin divara sevgilisinin adını yazmışdı. Ara küçənin səmtini göstərən yazı da lap küncdə köhnəlmişdi. Xeyriyyə uman xəstənin "Allah köməyiniz olsun" başlıqlı çağırış elanı da öz yerində idi.
Axşam ev yananda həmin divar salamat qalmışdı. Bu barədə qəzetlər də yazdı;
"Möcüzə! Üstündə "ALLAH" sözü olan divar yanmadı!"

# 1951 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #