Tərcümə Mərkəzinin müsabiqəsi dayandırıldı

Tərcümə Mərkəzinin müsabiqəsi dayandırıldı
5 yanvar 2016
# 16:37

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elan etdiyi “Yeni Söz” müsabiqəsi baş tutmayıb. Mərkəzdən Kulisə verilən məlumata görə, müsabiqənin baş tutmamasının səbəbi təqdim olunan əsərlərin sayının azlığı və nümunələrin müvafiq tələblərə cavab verməməsidir.

Qeyd edək ki, müsabiqəyə əsər qəbulu oktyabr ayında başlamışdı. Qaydalara əsasən ən yaxşı poeziya, nəsr, esse nominasiyası üzrə birinci yerə 2000 manat, ikinci yerə 1000 manat, üçüncü yerə isə 500 manat mükafat təyin edilmişdi. Qaliblərin adının mayın 25-də keçiriləcək mükafatlandırma mərasimində elan olunması planlaşdırılırdı.

# 1131 dəfə oxunub

Müəllifin son yazıları

# # #