Lüt şəklini müdirə göndərdi, işdən qovuldu

Lüt şəklini müdirə göndərdi, işdən qovuldu
4 sentyabr 2015
# 11:46

ABŞ-ın İllinoys ştatının adı açıqlanmayan 23 yaşlı sakini işə yeni qəbul olunduğu şirkətin insan qaynaqları şöbəsinin müdirinə cinsiyyət orqanının rəsmini göndərib. Cavab gəlmədiyini görən adam ikinci dəfə şəkil yollayıb və bundan sonra işdən qovulub.

Adı açıqlanmayan adam işə qəbul olunmağının şərəfinə kiməsə penisinin şəklini göndərmək istəyib.

Diqqətsizliyi ucbatından mesaj işə yeni qəbul olunduğu şirkətin insan qaynaqları şöbəsinin müdirinə gedib. Mesajı görən müdir bunu səhv olduğunu düşünərək fikir verməyib.

Amma oğlan cavab almadığı üçün ikinci şəkli yollayıb. Daha sonra yenə cavab almadığını gördükdə bu dəfə zəng etmək qərarına gəlib. Oğlan yalnız mesaj göndərdiyi nömrəyə zəng edəndə səhv etdiyini başa düşür.

İnsan qaynaqları müdiri polisə müraciət edəndən sonra oğlanın bunu qəsdən etmədiyini öyrənsə də onu işə götürmək fikrindən vaz keçir.

# 1278 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #