Nobelli yazıçı xeyriyyə təşkilatı yaradır

Nobelli yazıçı xeyriyyə təşkilatı yaradır
30 oktyabr 2019
# 11:47

Polşalı yazıçı Olqa Tokarçuk xeyriyyə təşkilatı çalışmalarına başladı.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, yazıçı qatıldığı mətbuat konfransında yazıçı və ədəbiyyat tərcüməçilərinə dəstək məqsədli bir vəqf qurmağa hazırlandığını bildirib.

Vəqfin mərkəzi Vrotslav şəhərində olacaq; binası isə tanınmış Lex şair, Tymoteusz Karpoviczin bir vaxtlar yaşadığı villası olacaq.

Xatırladaq ki, Olqa Tokarçuk “Ensiklopedik ehtirasla sərhədləri aşmağı həyat forması kimi təmsil edən təhkiyə təxəyyülünə” görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

# 1772 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #