Lady Qaqa milyarderdən 6 milyon dollar tələb edib?

Lady Qaqa milyarderdən 6 milyon dollar tələb edib?
1 iyul 2025
# 12:40

Dünyanın ən zəngin adamları arasında yer alan Ceff Bezosun Lauren Sançez ilə iyunun 27-də Venesiyada 50 milyon dollara başa gəldiyi deyilən toyunda dünya şöhrətli simaların səhnədə çıxış edəcəyi iddia olunurdu.


Kulis. az xəbər verir ki, Bezosun Lady Qaqa və Elton Cona toyda çıxış etmələri üçün təklif göndərdiyi, müğənnilərin isə hər birinin 6 milyon dollar tələb etdiyi də iddialar arasında idi.


Məşhurlara yaxın mənbə iddiaların əsassız olduğunu bildirib: "Nə Elton, nə də Qaqanın toyda çıxış etməyiblər, üstəlik belə yüksək məbləğ tələb etmələri heç müzakirə mövzusu deyildi."


Qeyd edək ki, toyda ingilis müğənnisi Elli Qoldinq və italyan sənətçisi Matteo Boçelli çıxış ediblər.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #