Məmməd İsmayılın 80 illiyi qeyd olunacaq

Məmməd İsmayılın 80 illiyi qeyd olunacaq
29 oktyabr 2019
# 12:01

Noyabrın 3-də, saat 15-da Aktyorlar evində tanınmış şair Məmməd İsmayılın 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, “Nə yaxşı ki, Vətən var, yaddan çıxdığın yerdə” adlı tədbir Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə qeyd ediləcək.

Yubiley mərasimində poeziyasevərlərlə yanaşı dəyərli ziyalılar, millət vəkilləri, tanınmış sənətçilər də iştirak edəcək.

Tədbirdə həmçinin Məmməd İsmayılın yenicə çap olunmuş "Gəlməyə vaxtmı tapdın, 80 yaşım" adlı şeirlər kitabı da təqdim olunacaq.

Qeyd edək ki, tədbir Xalq şairi Sabir Rüstəmxanlının aparıcılığı ilə baş tutacaq.

Giriş sərbəstdir.

# 2299 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #