Paulo Koelyo türkcə paylaşım etdi

Paulo Koelyo türkcə paylaşım etdi
30 mart 2023
# 12:30

Məşhur braziliyalı yazıçı Paulo Koelyo sosial media hesabında əlində onun “Kimyagər”romanını tutan türk çobanın şəkilini paylaşıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, yazıçı paylaşımda qeyd edib: “Bir türk çobanı Əndəlüs çobanı haqqında oxuyur. Yer üzündə hər bir insanın onu gözləyən bir xəzinəsi var”.

Paulo Koelyonun klassiklərindən sayılan “Kimyagər” romanı həm Türkiyədə, həm də dünyada fenomenə çevrilib.

Qeyd edək ki, 1988-ci nəşr etdirilən roman bu gün ölkəmizdə də geniş oxucu kütləsi tərəfindən sevilib oxunan əsərlərdən biri hesab olunur. Əsərin nəşri ilə Koelyo XX əsrin sonlarının ən çox oxunan çağdaş yazıçılarından birinə çevrilib. 42 ölkədə çap olunan və 26 dilə tərcümə olunan roman öz dövrünə görə bənzərsiz bir uğura imza atıb və bu əsərin çapı ilə Paulo Koelyo Latın Amerikasında Gabriel Garcia Marquezdən sonra ən çox oxunan müəllif olub.

# 875 dəfə oxunub

Müəllifin son yazıları

# # #