"Ögey ana"nın Cəmiləsi: "Qızıma Cəmilə adını qoydum" - Foto

"Ögey ana"nın Cəmiləsi:  "Qızıma Cəmilə adını qoydum" - Foto
22 mart 2023
# 12:30

"Ögey ana" filmindəki Cəmilə obrazı ilə tanınan aktrisa Sevinc Axundova "Gündən-günə" verilişində qonaq olub.

Kulis.az xəbər verir ki, ailəsindən danışan aktrisa iki qız övladı olduğunu bildirib. O, qızlarından birinə filmdəki adını (Cəmilə) qoyduğunu açıqlayıb.

S.Axundova "Ögey ana" filmindən danışıb:

"Çox xoşbəxtəm ki, həmin aktyorlarla bir filmdə olmuşam: Nəcibə Məlikova, Nəsibə Zeynalova, Həqiqət Rzayeva, Şəfiqə Məmmədova... Gözəl bir qrup idi. Ən çətin səhnəm suya yıxılmağım olub. Su axar idi, daşları təmizlədilər. Uşaq idim, qorxurdum. Ondan sonra Ceyhun da, mən də xəstələndik. Anam qruppanın həkimi idi, ona dedilər ki, get, spirt gətir. O, gələnə kimi Ceyhunla mən beş dəfə yıxıldıq. Axırdıq, bizi saxlayırdılar".

# 935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #