Oskar mükafatlı müğənni vəfat etdi

Oskar mükafatlı müğənni vəfat etdi
30 iyul 2026
# 10:40

"Oskar" mükafatlı irlandiyalı müğənni və aktyor Qlen Hansard 56 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu haqda sənətçinin təmsil olunduğu "ATC Management" şirkəti məlumat yayıb.

Verilən açıqlamada onun Dublin şəhərində keçirdiyi motosiklet qəzası nəticəsində öldüyü bildirilib.

1970-ci ildə Dublində doğulan və musiqi karyerasına küçə musiqiçisi kimi başlayan Hansard "The Frames" qrupu ilə tanınmış, daha sonra solo karyerasında böyük uğurlar qazanmışdı.

O, 2007-ci ildə çəkildiyi "Once" filmindəki ifası və tərəf müqabili Marketa İrqlova ilə birlikdə yazdığı "Falling Slowly" mahnısına görə "Ən yaxşı orijinal mahnı" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, müğənnni "Didn't He Ramble" albomu ilə "Qremmi"yə də namizəd olub.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər