Kiçik Nobel mükafatlı alimimizlə görüş 

Kiçik Nobel mükafatlı alimimizlə görüş 
27 sentyabr 2016
# 17:04

Sentyabrın 28-də, saat 14-də Qərb Universitetində dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyevlə görüş təşkil olunacaq.

Kulis.Az xəbər verir ki, “Elmlərin konvergensiyasi: gözlənilməz nəticələr” mövzusunda keçiriləcək tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edəcək.

Məsud Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi kiçik Nobel mükafatı sayılan “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıdır.

1994-cü ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart, Berlin kimi nüfuzlu universitetlərdə dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində ”Dinamik sistemlər” şöbəsinin müdiridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #