Yazıçılarımız onlayn konfransda iştirak edib

Yazıçılarımız onlayn konfransda iştirak edib
20 may 2020
# 10:12

“Kitabların diaspor fəaliyyətində rolu” mövzusunda onlayn konfrans keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “E-Akademiya” layihəsi çərçivəsində keçirilən konfransa azərbaycanlı yazıçılar - Mübariz Örən, Nadir Adilman, Reyhan Həsənova, Sahilə İbrahimova, Şərif Ağayar, Nicat Kazımov və Şamxal Həsənov qatılıblar.

Qonaqlar Azərbaycandakı ədəbi mühitdən, dünyaya çıxma perspektivlərindən, yaxın günlərdə Fransada çap olunacaq bədii nümunələrdən danışıblar və ədəbi əsərlərin Azərbaycanı dünyada tanıtması, təmsil etməsinin spesifikliyindən danışıblar.

Konfrans “Azerbaijan Diaspora Youth” fb səhifəsində canlı yayımlanıb.

Görüntünün olası içeriği: 9 kişi, yazı

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

# # #