Nizaminin heykəlinin yeri dəyişdirilib

Nizaminin heykəlinin yeri dəyişdirilib
28 oktyabr 2019
# 18:12

Sumqayıtda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli başqa əraziyə köçürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, heykəl şəhərin Nəriman Nərimanov küçəsində yenidən inşa olunan "Nizami" kinoteatrının qarşısında ucaldılıb.

Qeyd edəki ki, kinoteatrın və abidənin açılışının noyabrda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, tanınmış heykəltəraş İsa Məmmədxanovun müəllifi olduğu, 3,9 metr hündürlüyə malik tunc heykəl 2007-ci ildə şəhərin mərkəzi bazarının ətrafında ucaldılmışdı.

# 2076 dəfə oxunub

Müəllifin son yazıları

# # #