Yeni şeir müsabiqəsi keçirilir – Şərtlər

Yeni şeir müsabiqəsi keçirilir – Şərtlər
23 avqust 2022
# 13:20

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqəyə qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs edən şeirlər göndərilməlidir.


Müsabiqənin şərtləri:

– Müsabiqədə 18-40 yaş arasında müəlliflər yalnız yeni, indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;

– Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla Word faylında yığılmalıdır;

– İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı şəxsiyyət vəsiqələrinin hər iki üzünü, fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi-hallarını müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:
[email protected]

– İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;

Müsabiqə iki mərhələdə aparılacaq, ədəbi nümunələr nüfuzlu münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən şeirlər efirdə təqdim ediləcək, I,II və III yerin qalibləri Zəfər günümüzdə pul və xüsusi mükafatlara layiq görüləcək .


# 2647 dəfə oxunub

Müəllifin son yazıları

# # #