Maleviçin "İdmançılar"ını bu kökə saldılar

Maleviçin  "İdmançılar"ını bu kökə saldılar
29 noyabr 2017
# 11:38

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində Kazimir Maleviçin “İdmançılar” tablosuna göndəriş edən qraffiti peyda olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qraffiti reklam şitlərindən birində çəkilib. Onun müəllifi bəlli deyil.

Bu təsvirdə orijinaldan fərqli olaraq idmançılar oturmuş vəziyyətdə əks olunub.

“Qara kvadrat” əsərinə görə dünyaca məşhurlaşan polyak mənşəli rus-sovet avanqardçı rəssamı Kazimir Maleviçin “İdmançılar” adlanan suprematik tablosu 1930-cu ilə aiddir. Əsərdə 4 rəngarəng insan fiquru boyaboy təsvir olunub.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

# # #