Keçmiş sevgilisi tanınmış aktyoru qətlə yetirdi

Keçmiş sevgilisi tanınmış aktyoru qətlə yetirdi
27 avqust 2017
# 22:51

Tanınmış türk aktyor Vatan Şaşmaz Beşikdaşın məşhur otellərindən birində keçmiş sevgilisi Filiz Aker tərəfindən odlu silahla qətlə yetirilib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Filiz Aker Vatan Şaşmazdan üç dəqiqə sonra onun qaldığı otağa daxil olub və hadisəni törədəndən sonra intihar edib.

O, keşmiş sevgilisinin kürəyinə dörd güllə sıxaraq, özünü də başından vurub. Ehtimal olunur ki, Vatan Şaşmaz xilas olmaq üçün qaçmağa cəhd edərkən vurulub.

Kamera qeydlərində otağa başqa adamın girmədiyi təsbit edilib.

Xatırladaq ki, azərbaycanlı tamaşaçılar Vatan Şaşmazı "Çocuklar duymasın" serialındakı Engin obrazından tanıyırlar.

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #