Putinin obrazı filmlərdən yığışdırıldı

Putinin obrazı filmlərdən yığışdırıldı
20 iyul 2017
# 11:32

Putinin obrazı yeni çəkilmiş iki filmdən yığışdırılıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, söhbət “Qırmızı sərçə” və “Kursk” filmlərindən gedir.

Səbəb olaraq rus xakerlərinin reaksiyasının təhlükəli olacağı göstərilib.

“Qırmızı sərçə” filmi CİA-da casusluq edən ruslardan bəhs edir. Baş rolu “Oskar” mükafatçısı Cennifer Lourens oynayıb.

“Kursk” filmi isə 2000-ci ildə baş vermiş qəzadan söhbət açır. Bu yaxınlarda KİV-ə verilən açıqlamaya görə, “Kursk” filmində Putindən danışılmayaq.

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

# # #