Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi

Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
8 may 2021
# 10:35

Kulis.az şair Fuad Cəfərlinin mərhum şair Fikrət Qocaya həsr etdiyi şeiri təqdim edir.

Səsi uzaqlardan gələn adam

Xalq şairi Fikrət Qocanın əziz xatirəsinə

Ustad Qoca belə buyurmuşdu:

"Şairlər ölmür".

Doğrudan e,

heç ölən adamdan şair olar?!

Şair ya Külək, ya Günəş,

ya Torpaq, ya da

sizin kimi

səsi uzaqlardan gələn

Yağış olar.

Cavan ikən özgə,

qoca ikən öz gözündən

səssiz süzülən adam,

qəm adam, pəncərə adam.

Bilirsiniz, məncə

gözlərinizə sonda

yalnız yaz yağışı

risk edib baxa bilərdi...

və nə yaxşı "yaz yağışı" varmış,

və nə yaxşı "risk" sözü varmış.

Səsi uzaqlardan gələn adam,

çox sağ olun!

İndi bizim də, sayənizdə

uzaqlarda sözümüz var.

# 1976 dəfə oxunub

Müəllifin son yazıları

# # #