Qadınlara 14 saniyə baxmaq olarmış...

Qadınlara 14 saniyə baxmaq olarmış...
18 avqust 2016
# 12:17

Hindistanın Kerale əyalətinin vergi dairəsi başqanı Rişiraj Singin sözləri sosial mediada ciddi reaksiya yaradıb.

R.Sing Koçi şəhərində tələbələrlə Hindistanda qadınlara qarşı zorakılıq mövzusunda söhbət edərkən deyib: “Cəmiyyətin rahatlığı naminə kişilərin küçədə-bayırda qadınlara 14 saniyədən artıq baxması günahdır. Bunu edən kişilər məsuliyyətə cəlb olunmalıdır”.

O, bu sözlərinə görə qısa zamanda Twitter fenomeninə çevrilib.

Sing eyni zamanda təcavüzə məruz qalan qadınların bibər qazı və bıçaqdan istifadə etməsini də məqbul hesab etdiyini deyib.

Sosial mediada Singi ciddi-ciddi tənqid edənlərlə yanaşı, onu ələ salanların da sayı durmadan artır.

İdman naziri E.P.Jayarajan isə qanunda təsbit olunmayan bəzi hökmləri qanun kimi təqdim edən bu bürokratla bağlı nazirlik səviyyəsində ciddi ölçü götürülməsini təklif edib.

Shijin Mu adlı istifaədçi Facebook hesabında Singi “İlin komediyası” adlandırıb.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #