Prezident tanınmış kinoşünasa ev verdi

Prezident tanınmış kinoşünasa ev verdi
15 yanvar 2020
# 16:32

“Yubileyim ərəfəsində mənə ən böyük hədiyyəni Prezident İlham Əliyev etdi. Hörmətli Prezidentimiz mənə ikiotaqlı mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz”.

Kulis.az xəbər verir ki, bu sözləri bu gün 80 yaşı tamam olan görkəmli kino xadimi Aydın Kazımzadə deyib.

O bildirib ki, yubileyi ilə bağlı yanvarın 24-də "Azərbaycanfilm" Kinostudiyası və Film Fondunun təşəbbüsü ilə Dövlət Film Fondunda tədbir keçiriləcək:

“Yeni işlərə gəlincə isə hazırda "Xatirələr" kitabını yazıram. Yazdıqca nələr üzə çıxır... Sən demə, kino aləmi yaxşı mənada böyük həngamədir. Maraqlı kitab alınacaq”. /open.az/

# 1545 dəfə oxunub

Müəllifin son yazıları

# # #