“Qabil-90” adlı kitab sərgisi açılıb

“Qabil-90” adlı kitab sərgisi açılıb
15 avqust 2016
# 12:11

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında çağdaş poeziyamızın ən görkəmli nümayəndələrindən biri, Xalq Şairi Qabilin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qabil-90” adlı kitab sərgisi açılıb.

AZƏRTAC Milli Kitabxananın saytına istinadla xəbər verir ki, sərgidə unudulmaz qələm ustadının poetik istedadını əks etdirən şeir kitabları və seçilmiş əsərləri nümayiş olunub.

Belə ki, sərgidə Qabilin “Seçilmiş əsərləri”, “Adsız bulaqlar”, “Qoy danışsın təbiət”, “Təmizlik”, “Rübailər”, “Gülləboran eylədilər”, “Ömür həbləri”, “Nəsimi” və digər kitabları nümayiş etdirilib, şairin yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilib.

Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

# 973 dəfə oxunub

Müəllifin son yazıları

# # #