Akademik Milli Dram Teatrı 2018-ci ilin ilk ayında tamaşaçılar üçün maraqlı repertuar hazırlayıb.
Bu barədə teatrın mətbuat xidməti məlumat verib. Məlumatda qeyd olunub ki, yanvarın 6-da teatrın səhnəsində “Rəqs edən pinqvinlər” tamaşası oynanılacaq.
Yanvarın 13-də sənət ocağının yaradıcı kollektivi iki tamaşa - “Qətibə İnanc” və “Rəqs edən pinqvinlər” tamaşaları ilə izləyicilərin görüşünə gələcək.
- "Atamla görüşə onu KQB göndərmişdi" - İngilis bölgəsində SSRİ-yə qarşı döyüşən azərbaycanlı
- Teylor Svift rekord qırdı
- Salam Sarvanın kitabı Təbrizdə çap olundu
Yanvarın 14-də “Anamın kitabı” və “Ölülər”, yanvarın 19-da “Cəhənnəm sakinləri”, yanvarın 20-də “Qarabağnamə” tamaşaları təqdim olunacaq.
Sənət ocağı bu ayın repertuarına yanvarın 21-də “Xəcalət” və “Vəsiyyət” tamaşaları ilə yekun vuracaq”.