Pikassonun əsəri 179.4 milyona satıldı

Pikassonun əsəri 179.4 milyona satıldı
12 may 2015
# 10:49

Pablo Pikassonun “Əlcəzair qadınları” tablosu Nyu-Yorkda Christie's hərrac evinin təşkil etdiyi auksionda 179,4 milyon dollara satılıb. Kulisin Aif.ru-ya istinadən verdiyi xəbərə görə Christie's-in təşkilatçıları bildiriblər ki, bu indiyə qədər hərraclarda incəsənət əsərinə verilən ən böyük məbləğdir.

Buna qədər ən baha satılan tablo 140 milyon dollar təşkil edib. Nyu-York bazarında Alberto Cakomettinin “Göstəriş verən adam” heykəli də təqdim olunub. O da indiyədək satılan ən bahalı heykəl ola bilər.

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #