Məşhur müğənni konsert zamanı öldü

Məşhur müğənni konsert zamanı öldü
2 sentyabr 2019
# 18:02

Məşhur İspan müğənnisi və rəqqasə Coana Sainz konsert zamanı atılan fişəng raketi səhv istiqamət alaraq qarın nahiyəsinə dəyib və müğənni həlak olub.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qəza, Las Berlanas şəhərində bir festivalda baş verib.

15 nəfərlik Super Hollywood Orkestri'nin qatıldığı konsertdə Joana Sainz hava fişəngləri ilə rəqs nümayişi zamanı atəşfəşanlıq içində yıxılıb. Rəqs qrupunun üzvləri dərhal Sainzin yanına qaçıb, sonra pərdə bağlanıb.

Müğənni dərhal xəstəxanaya aparılsa da, xilas ola bilməyib.

# 2283 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #