Xocalıda soyqırım muzeyi yaradılacaq

Xocalıda soyqırım muzeyi yaradılacaq
12 dekabr 2020
# 12:21

Azərbaycan Milli Elmlər Akademiyası işğaldan azad olunmuş ərazilərlə bağlı təkliflər əsasında Tədbirlər planı hazırlayıb.

Kulis.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının YUNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpası, Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ arxeoloji mərkəzinin yaradılması, Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulub.



# 1950 dəfə oxunub

Müəllifin son yazıları

# # #