Pərviz Cəbrayıldan yeni roman gəldi

Pərviz Cəbrayıldan yeni roman gəldi
30 avqust 2019
# 13:10

Yazıçı Pərviz Cəbrayılın yeni romanı çap olundu.

Kulis.az-ın verdiyi xəbərə görə, “Məryəm surəsi” adlanan roman “Qanun” nəşriyyatında çap edilib.

Kitabın redaktoru şair Hədiyyə Şəfaqətdir.

Müəllif roman haqda bunları deyir: “Bir adamın dediyi ya doğrudur, ya yalan”, - deyən Aristotel yalan və doğru kimi kateqoriyalar arasında qalan aralıq dərəcələrini qəbul etməyib. Romanda isə hadisələr məhz aralıq dərəcələrində baş verir.”

Xatırladaq ki, bu, Pərviz Cəbrayılın sayca üçüncü romanıdır. Kitab artıq satışdadır.

Нет описания фото.

# 1581 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #