Məşhur bəstəkarın 140 illik yubiley tədbiri keçiriləcək

Məşhur bəstəkarın 140 illik yubiley tədbiri keçiriləcək
1 iyul 2021
# 14:29

İyulun 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar kompozitoru Bela Bartokun 140 illik yubileyinə həsr edilmiş “Bela Bartok ili”nin açılış mərasimi keçiriləcək.

Fonddan Kulis.az-a bildirilib ki, tədbirdə təşkilatın himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək. “Dədə Qorqud” kamera orkestri türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Tədbir pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

# # #