Əfsanəvi musiqiçi dünyasını dəyişdi

Əfsanəvi musiqiçi dünyasını dəyişdi
9 iyul 2019
# 10:41

Məşhur musiqiçi Juan Jilbertu vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun oğlu Feysbuk hesabında məlumat verib.

Brazilyalı musiqiçi Jilbertu öz musiqi janrını 50-ci illərdə yaratmağa başlamışdı. Bossa-nova janrı 1962-ci ildə ABŞ-da caz ifaçıları arasında artıq məşhurlaşmışdı.

Sözügedən janrın etalonu musiqiçinin həyat yoldaşının ifa etdiyi “İmpanemalı qız” kompozisiyası olmuşdu.

Xatırladaq ki, mərhum sənətçinin 88 yaşı vardı.

# 2037 dəfə oxunub

Müəllifin son yazıları

# # #