Unudulmaz sənətkar Adil Məlikovun xatirəsi anılacaq

Unudulmaz sənətkar Adil Məlikovun xatirəsi anılacaq
10 oktyabr 2017
# 10:15

Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının təşkilatçılığı ilə unudulmaz opera ifaçısı Adil Məlikova həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Kulis.azın məlumatına görə gecədə Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Zemfira İsmayılova, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, Cahangir Qurbanov, Afaq Abbasova, Səidə Şərifəliyeva, Nərgiz Kərimova, Fərid Əliyev, Anton Ferştandt, vokalçılar Nina Makarova və Taleh Yəhyayev çıxış edəcəklər.

Həmçinin sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, həyat və yaradıcılığına nəzər salınacaq.

# 946 dəfə oxunub

Müəllifin son yazıları

# # #