Abbas Səhhətin yubileyi qeyd edilib

Abbas Səhhətin yubileyi qeyd edilib
24 may 2019
# 09:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, tədbiri kitabxananın şöbə müdiri Səidə Sərdarova məktəbliləri onları uşaq şöbəsi ilə yaxından tanış edib.

Sonra şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.

Tədbirdə Abbas Səhhətin “Vətən” şeiri, “Yaz”, “Qarı və qulluqçuları”, “Tənbəl”, “Ayı və şir”, “Quşlar”, “İt və kölgəsi”, “Yay səhəri” şeirlərini söyləyiblər, “İki uşaq”, “Qarışqa və milçək”, “Tülkü və qurd” təmsilləri əsasında səhnəciklər göstərilib.

Sonda məktəblilər “Abbas Səhhət–145” başlığı altında təşkil olunmuş sərgi ilə tanış olublar.

# 2445 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #