Əfsanəvi “Bitls” qrupunun keçmiş üzvü Pol Makkartni yeni albomunu təqdim edəcək.
Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, albomun adı “McCartney III” olacaq.
Bu albom sənətçinin sayca 18-ci “McCartney” və “McCartney II” layihələrinin davamıdır.
Xatırladaq ki, “Liverpul dördlüyü”nün üzvü olan Pol Makkartninin bundan əvvəlki “Egypt Station” adlı solo albomu 2018-ci ildə işıq üzü görüb.
Qeyd edək ki, albomun təqdimatı dekabra nəzərdə tutulub.