Nejat İşlərin hekayələr kitabı çıxdı

Nejat İşlərin hekayələr kitabı çıxdı
15 may 2019
# 15:01

Məşhur türk aktyoru Nejat İşlərin yeni kitabı işıq üzü görüb.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, “Mən həmişə sənin yanındayam” adlı kitabda aktyorun yazdığı hekayələr toplanıb.

Aktyor yeni kitabında gənc karikaturaçı Melike Acarla birgə işləyib. Kitabda bir qadın uğrunda mübarizə aparan iki dostun taleyindən tutmuş, bohem yaşantısından sonra taleyin sərt sınaqları ilə üz-üzə qalan insanların həyatından bəhs edən müxtəlif yozumlarından ibarət hekayələr yer alıb.

Xatırladaq ki, Nejat İşlərin ilk 2016-cı ildə çap olunan “Əsl haqq-hesab budur!” kitabı 100 mindən artıq satılmışdı.

# 2424 dəfə oxunub

Müəllifin son yazıları

# # #