“Yaradan-uşaqlar” layihəsi başladı

“Yaradan-uşaqlar” layihəsi başladı
12 mart 2018
# 10:22

Martın 3-də “Yaradan-uşaqlar” xeyriyyə layihəsinin ilk məşğələləri keçirilib.

Kulis.azın məlumatına görə layihə 12-16 yaşlı, məhdud fiziki imkanlı uşaqların, aztəminatlı ailələr, sığınacaq və internat evlərində böyüyən uşaqları əhatə edir.

Layihənin məqsədi onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və onların cəmiyyətdə adaptasiyasına şərait yaratmaqdır.

Uşaqların psixoloji travmadan azad etmək, özünə, ətraf mühitə, insanlara, sevgi və inam hissini aşılamaq, yaradıcı bacarıqlarının kəşf etmək, onun inkişafına və tətbiqinə təkan vermək, birgə yaradıcılığın dəyərini anlamaq layihənin əsas öhdəliyidir.

“Yaradan-uşaqlar” layihəsi üzrə 3 heyət təlim prosesində iştirak edir. Yaradıcı qrupda rəssam-keramist Vüsalə Ağaraziyeva, yazıçı, politoloq Nigar Rzayeva, arxitektor, fotoqraf Leyli Ələkbərova, “Danceability” inklüziv rəqs metodu müəllimi Nigar Sultanova, pianoçu, bəstəkar Anar Yusufov, aktyor, rejissor Nihat Qulamzadə fəaliyyət göstərir. Pedaqoji fəaliyyəti isə pedaqoq-psixoloq Arzu Rzayeva, eləcə də psixoloq İrina Peresada həyata keçirir.

“YARADAN” İctimai Birliyinin 2018-ci ilin yanvar ayından start verdiyi “Yaradan-uşaqlar” xeyriyyə layihəsi dekabr ayında “İZ” adlı yekun təqdimat və sərgi ilə yekunlaşacaq.

# 1877 dəfə oxunub

Müəllifin son yazıları

# # #