"Robin Qudun oxları" filminin aktrisası Regina Razuma 72 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.
Regina Razuma 22 sentyabr 1951-ci ildə Riqada anadan olub.
"Ağıl", "Robin Qudun oxları", "Ayrılma" kimi filmlərdə oynayıb. SSRİ-nin dağılmasından sonra aktrisa Yeni Riqa Teatrında fəaliyyət göstərib.