Argentina səfiri Tərcümə Mərkəzində

Argentina səfiri Tərcümə Mərkəzində
4 aprel 2017
# 16:28

Argentina səfiri Tərcümə Mərkəzinin qonağı olub. Kulis.Azın verdiyi məlumata görə, Argentina Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Argentina Respublikasının Azərbaycanda konsulu cənab Eduardo Cavallero bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Görüş zamanı ispan dilinə tərcümə prosesində olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın (nəsr və poeziya) bu il Argentinada çapı, ölkə kitabxanalarına və universitetlərə yerləşdirilməsi, həmçinin nəşrin Cənubi Amerikanın digər ölkələrində, habelə İspaniyada yayımı və gələn il Buenos Ayresdə keçiriləcək beynəlxalq kitab yarmarkasında təqdimatı ilə bağlı müzakirələr aparılıb.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

# # #