Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir. Teatrdan Kulisə verilən məlumata görə açılış 26 sentyabrda - türk dili günündə olacaq.
Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında rejissor İntiqam Soltanın quruluşunda eyniadlı tamaşa nümayiş olunacaq.
Hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.
2016-cı ilin 21 yanvar-01 fevral tarixlərində İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət almış Bakı Uşaq Teatrı festivala hazırlaşır. Teatrda bu yönümdə hazırlıqlar gedir.
Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanması planlaşdırılır.