Məti Osmanoğlu ilə görüş keçirilib

Məti Osmanoğlu ilə görüş keçirilib
15 aprel 2019
# 10:11

Xəzər Universitetində Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu ilə görüş keçirilib.

Universitetdən Kulis.az-a verilən xəbərə görə, “Yaradıcı yazı” fənninin qonağı kimi dəvət olunan alimlə görüşə “Söz” Yaradıcılıq Birliyinin üzvləri gəlib.

Tələbə Səidə Cabbarova gələn qonaqla bağlı qısa təqdimatla çıxış edəndən sonra ədəbiyyatşünas alim “Bədii mətn, müəllif, təhkiyə və oxucu münasibətləri” mövzusunda mühazirə oxuyub, verilən sualları cavablandırıb.

Görüşdə gənc şairlərin şeirləri səslənib.

Sonda Məti Osmanoğlu kitablarını imzalayaraq tələbələrə bağışlayıb.

# 2586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #