“Sözün Aydını” kitabı çap olundu

“Sözün Aydını” kitabı çap olundu
1 may 2015
# 14:55

“Tərcümə Mərkəzinin kitabları” seriyasından “Sözün Aydını” kitabı işıq üzü görüb. Kulisin məlumatına görə kitabda görkəmli alim, ictimai-siyasi xadim, tənqidçi, ədəbiyyatşünas Aydın Məmmədovun əsərləri – elmi məqalələri, esseləri, müsahibələri, müxtəlif dövrlərdə çıxışları və alim haqqında tanınmış sənət adamlarının yazıları yer alıb.

Kitab, yazıçı Afaq Məsudun “Bu dünyanın Aydın hadisəsi” adlı ön sözü ilə açılır.

Nəşrin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktorları Zahid Sarıtorpaq və Tamilla Rüstəmovadır.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

# # #