Filarmoniyada konsert keçirilib

Filarmoniyada konsert keçirilib
12 oktyabr 2017
# 16:21

Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib.

Kulis.Azın verdiyi məlumata görə, konsertdə əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev və başqaları bəstəkarın mahnılarını ifa ediblər.

İfaçıları Fərhad Qarayusiflinin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib. Çıxış edənlər Pikə Axundovanın yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edib.

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

# # #