Vaqif Nəsibin kitabı çap olundu

Vaqif Nəsibin kitabı çap olundu
6 sentyabr 2017
# 10:03

Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı çap olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin dəstəyi ilə işıq üzü görən kitaba Vaqif Nəsibin son illərdə qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib.

Nəşrin “Ön söz”ünün müəllifi xalq yazıçısı Elçin, redaktoru yazıçı-publisist Mustafa Çəmənlidir.

“Təhsil” nəşriyyatında çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

# 997 dəfə oxunub

Müəllifin son yazıları

# # #