İlqar Fəhminin 50 illik yubileyi keçirilib

İlqar Fəhminin 50 illik yubileyi keçirilib
13 oktyabr 2025
# 12:14

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.

Kulis.az xəbər verir ki, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Əməkdar artist Nicat Kazımov çıxış edərək yazıçını yubiley münasibəti ilə təbrik edərək, onun həyat və yaradıcılığından bəhs ediblər.

Daha sonra İlqar Fəhmi teatrın Fəxri mükafatı ilə təltif olunub və yubileyinə həsr olunan “Şah Abbas Namə” tamaşası nümayiş etdirilib.

Tamaşa yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanıb.

Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır

# 162 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər