“Azərkitab”da turizm tədbiri

“Azərkitab”da turizm tədbiri
20 iyul 2017
# 20:25

Bu gün 50-ə yaxın aparıcı turizm şirkəti paytaxtda yerləşən bir neçə mehmanxana nümayəndələri “Azərkitab” Kitab Təbliğatı Mərkəzində olublar.

Mərkəzdən Kulis.aza verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə yerli turizm şirkətlərinin nümayəndələri Kitab Təbliğatı Mərkəzinin işi ilə tanış olublar.

Onlara məlumat verilib ki, Kitab Mərkəzində oxucular üçün hər cür şərait yaradılıb. Burda hər sahəni əhatə edən zəngin kitabxana, geniş oxu zalı, konfrans zalı, uşaqlar üçün xüsusi məkan, “book kafe” fəaliyyət göstərir.

“Azərkitab” həmçinin dəsrliklər, məktəb formaları, çantalar, hər növ dəftərxana ləvazimatlarının münasib qiymətə satışını da həyata keçirir.

Tədbirdə eyni zamanda “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin turizm şirkətləri ilə əmakdaşlıqda maraqlı olduğu qeyd edilib.

Kitab Mərkəzinə gələn turistlər ölkəmiz haqqında kitablarla yanaşı, məlumat kitabçaları, yol xəritələri, ölkəmizi xatırladacaq suvenirlər də əldə edə bilərlər.

# 1147 dəfə oxunub

Müəllifin son yazıları

# # #