Şeron Stoun aksiyon ulduzu olmağa hazırlaşır

Şeron Stoun aksiyon ulduzu olmağa hazırlaşır
26 iyul 2024
# 11:45

Şeron Stoun "Con Uik"lə müqayisə edilən "Heç kim" filminin davamında çəkiləcək. Tanınmış aktyor şər obrazını canlandıracaq.

Kulis.az xəbər verir ki, “Heç kim 2” filminin süjeti və xarakter xüsusiyyətləri hələlik gizli saxlanılır. Timo Tjahjanto 15 avqust 2025-ci ildə ekranlara çıxması planlaşdırılan davam filminin rejissor kürsüsündə oturacaq.

“Heç kim 2” filminin ssenari müəllifləri Derek Kolstad, Aaron Rabin, Umair Aleem və Odenkirkdir.

Digər tərəfdən, Şeron Stoun 2001-ci ildə insult keçirərək milyonlarla dollar itirdiyini açıqlayıb:

"Deyə bilərəm ki, az qala öləcəkdim. Beynimdə qan sızması var idi. Üzümün forması dəyişdi. Və bu baş verəndə hər şey dəyişdi. Qoxu hissim, görmə qabiliyyətim, toxunuşum. Bir müddət heç nə oxuya bilmədim. Bir neçə ildir ki, bir çox insan mənim öləcəyimi düşünürdü".

Stoun bəzi adamların bu prosesdə ondan "istifadə etdiyini" və şəxsi əşyaları ilə birlikdə bank hesabında yığdığı milyonlarla dolları tez bir zamanda itirdiyini dilə gətirib.

# 657 dəfə oxunub

Müəllifin son yazıları

# # #